VTB (Azərbaycan) ödəniş kartlar üzrə aksiyanın müddətini uzadıb

27.06.2019,16:26


27 iyun, Fineko/abc.az. Bank VTB (Azərbaycan) Visa Platinum premium kartı üzrə xüsusi aksiyaya davam edir. Belə ki, 31 dekabr 2019-cu il tarixinədək Visa Platinum kartını Visa Classic qiymətinə əldə etmək mümkündür. Bu müddət ərzində kart üzrə xidmət haqqı bir il üçün 15 manat, 3 il üçün- 25 manat təşkil edir. 

Bank VTB (Azərbaycan) Vİsa Platinum kart sahibləri dünyanın bir sıra restoran, mağaza, hava limanı, otellərində kartla ödəniş zamanı çoxsaylı imtiyazlardan istifadə edə bilər. Belə ki, “Dünyanı kəşf etmək sənin genindədir” adlı yeni təklif çərçivəsində Visa Platinum sahibləri Lounge Key proqramı üzrə hava limanlarının 1000-dən çox biznes zallarına ildə iki dəfə pulsuz giriş əldə edir. 

Bundan başqa, onlara xaricdə avtomobil icarəsi zamanı endirimlər, eləcə də Visa Luxury Hotel Collection proqramı üzrə 900-dən çox otellərdə eksklüziv xidmət təklif olunur. Kart üzrə xidmətlər barədə ətraflı məlumatı link vasitəsilə əldə etmək mümkündür.  

Keywords: VTB