Azərişıq tender elan edir

17:14 - 27.06.2019


27 iyun, Fineko/abc.az. "Azərişıq" ASC Yaşma, Yaşma Bağları və Şurabad Külək Elektrik Stansiyalarında quraşdırılmış külək enerjili elektrik qurğularının daimi işlək vəziyyətdə saxlanması məqsədi ilə istifadə ediləcək alət və ehtiyyat hissələrinin satınalınması üzrə tender elan edir.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 22.07.2019 saat 16:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 29.07.2019 16:00 tarixinə qədər https://www.etender.gov.az/  portal vasitəsilə təqdim etməlidirlər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

 

Other news