Azərbaycan neftinin qiymətləri endi

10:01 - 28.06.2019


28 iyun, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,12 (0,18%) azalıb. Beləliklə, neftin bir barelinin qiyməti 67,30 dollar təşkil edib.

Cümə axşamı günü, Londonun “ICE Futures” birjasında “Brent”in avqust fyuçersi  0,06 dollar (0,09%) artaraq bir barelə 66,55 dollar təşkil etmişdir.

Cümə günü saat 9:20-də Brentin avqust fyuçersi 0,35 dollar (0,53%) ucuzlaşaraq 66,20 dollar /barel təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) iyunun 27-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin avqust fyuçersi 0,05 dollar (0,08%) artaraq bir barelə $59,43 təşkil etmişdir. 

 “WTI” markalı neftin avqust fyuçersi cümə günü saat 9:20-də 0,31 dollar (0,52%) enərək 59,12 dollar / barelə təşkil etmişdir.

 

Other news