ADIF qorunan əmanətlər üzrə faiz dərəcələrini aşağı saldı

09:40 - 1.07.2019


1 iyul, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla iyulun 1-dən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10 %, xarici valyutada isə 2,5 % müəyyən edib.

ADIF-dən bildirilib ki, iyulun 1-dək qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 15 %, xarici valyutada isə 3 % təşkil edir və bu qaydaya uyğun qorunan depozitlərin sığortası əmanət müqaviləsinin müddəti bitənədək qüvvədə qalır.

Qeyd edilir ki, iyulun 1-dən Fonda üzv olan banklarda milli valyutada 10 %-dən, xarici valyutada 2,5 %-dən yuxarı illik faiz dərəcəsi ilə əmanət yerləşdirilərsə, bu əmanətlər ADIF tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilməyəcək.

Other news