Təhsil Nazirliyi açıq tender elan edir

12:29 - 1.07.2019


1 iyul, Fineko/abc.az. Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi açıq tender elan edir.

Tender 14 lot üzrə keçiriləcək.

Nazirlik Qobustan, Ağcabədi, Ağdam, Ağsu, Cəlilabad, Lənkəran, Sabirabad, Samux, Yevlax rayonu, həmçinin Şirvan, Siyəzən, Yardımlı şəhərlərində tam orta məktəbin tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasının və təhsil müəssisələrinin qazlaşdırılmasının satın alınması üzrə tender elan edir.

Elanda qeyd olunur ki, iddiaçılar sənədləri 22 iyul 2019-cu il saat 17.00-a qədər, tender təklifini və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 29 iyul 2019-cu il saat 17.00-а qədər  təqdim etməlidirlər.

Əlaqələndirici şəxs-Fərhan Əliyev

Telefon-(+99412) 465 73 48

Ünvan: Bakı, Y.Bakuvi küçəsi 18

Other news