Daxili İşlər Nazirliyi tender elan edir

16:45 - 1.07.2019


1 iyul, Fineko/abc.az. Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayı aşağıdakı işlərin görülməsi və malların satın alınması məqsədilə açıq tender elan edir

Tender 2 lot üzrə keçirilir: Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında generatorların, qazanxana avadanlıqlarının, havalandırma və soyutma sistemlərinin texniki baxışı və təmiri işlərinin satın alınması; Dəftərxana və təsərrüfat mallarının satın alınması.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün sənədləri 18 iyul 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 26 iyul 2019-cu il saat 17.00-a qədər təqdim etməlidirlər.

Əlaqələndirici şəxs- Atəş Həsənov. Telefon: (994 12) 590 64 74. Ünvan: Bakı , Nobel prospekti, Əlahiddə Çevik Polis Alayı.

 

Other news