330x110
 

Neft 5% düşdükdən sonra bahalaşır, “Azeri Light”ın bir bareli $64,72-ə düşüb

03.07.2019,10:14


3 iyul, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı nefti 2,03 (3,04%) dünya bazarında ucuzlaşıb və bir barelə 64,72 dollar təşkil edib.

Neftin etalon markalarının qiymətləri, ötən günkü kəskin enişdən sonra yüksəlir.

Çərşənbə axşamı günü, Londonun “ICE Futures” birjasında “Brent”in sentyabr fyuçersi 2,66 dollar (4,09%) düşərək bir barelə 62,40 dollar təşkil etmişdir.

Çərşənbə günü Brent neftinin sentyabr fyuçersi saat 9:35-də 0,20 dollar (0,32%) bahalaşaraq 62,60 dollar /barel təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) iyulun 2-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin avqust fyuçersi 2,84 dollar (4,8%) kəskin düşərək bir barelə $56,25 təşkil etmişdir. 

 “WTI” markalı neftin avqust fyuçersi çərşənbə günü saat 9:35-də 0,19 dollar (0,34%) qalxaraq 56,44 dollar / barelə təşkil etmişdir.