Maliyyə Nazirliyi açıq tender elan edir

12:32 - 5.07.2019


5 iyul, Fineko/abc.az.  Maliyyə Nazirliyi Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”nin qurulması ilə bağlı texniki tapşırığın hazırlanmasından ötrü məsləhət xidmətlərinin göstərilməsi üçün bu sahədə böyük təcrübəyə malik şirkətlərin cəlb edilməsi məqsədilə açıq tender elan edir.

Tenderin predmeti – Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”nin qurulması ilə bağlı – texniki tapşırığın hazırlanması üçün məsləhət xidmətlərinin göstərilməsi.

Elanda qeyd olunur ki, tender təklifinin qəbulu və əlavə məlumat almaq üçün 2019-cu il iyulun 5-dən avqustun 25-i saat 10.00-dan 17.00-dək  əlaqələndirici şəxs Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin sektor müdiri Şaban Abdullayevə müraciət etmək olar.

Ünvan-  Bakı, AZ 1022, S.Vurğun küçəsi 135, III mərtəbə, 336-cı otaq. Telefon- (99412) 404-46-99 (daxili 271); faks (99412) 404-47-20/21. E-mail- [email protected]

 

Other news