Energetika naziri “Xəzər Siyasət Mərkəzi” idarə heyətini qəbul edib

15:14 - 5.07.2019


5 iyul, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazov “Xəzər Siyasət Mərkəzi” idarə heyətinin üzvü Robert Sekuta ilə görüşüb.

Nazirlikdən verilən məlumata əsasən görüşdə Xəzər regionunun enerji və nəqiyyat layihələri ilə inteqrasiya prosesində rolundan bəhs edilib. “OPEC plus” formatında neft bazarının tənzimlənməsi prosesi, “Cənub Qaz Dəhlizi” layihəsinin icra vəziyyəti və Azərbaycanın energetika sektorunda islahatlara dair hədəfləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Energetika naziri ABŞ-ın Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə, o cümlədən “Cənub Qaz Dəhlizi”nə dəstəyini yüksək qiymətləndirib və bu əməkdaşlığın Avropalı istehlakçılara tezliklə yeni mənbədən qazın çatdırılmasına və diversifikasiya məqsədinə töhfə verdiyini deyib.

 

 

Other news