Daxili İşlər Nazirliyi tender elan edir

16:25 - 5.07.2019


5 iyul, Fineko/abc.az. Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi aşağıdakı işlərin görülməsi və malların satın alınması məqsədilə açıq tender elan edir.

Tender 2 lot üzrə keçirilir:

- DİN-in Nəqliyyatda Baş Polis İdarəsində generatorların, qazanxana avadanlıqlarının, havalandırma və soyutma sistemlərinin texniki baxışı və təmiri işlərinin satın alınması.

- Dəftərxana və təsərrüfat mallarının satın alınması.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün sənədləri 24 iyul 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2 avqust 2019-cu il saat 17.00-a qədər  təqdim etməlidirlər.

Əlaqələndirici şəxs- Tunc Mətanət. Telefon: (995 50) 6776701. Ünvan: Bakı , Suraxanı rayonu, DİN-in Nəqliyyatda Baş Polis İdarəsi.

Other news