330x110
 

“Baki Telefon Rabitəsi” açıq tender üsulu ilə seçim elan edir

10.07.2019,12:41


10 iyul, Fineko/abc.az. "Baki Telefon Rabitəsi" MMC Gigabit Passive Optical şəbəkə (GPON) texnologiyasından istifadə etməklə yeni şəbəkənin yaradılması ilə bağlı avadanlıq tədarükçüsü seçir.

Tenderdə zəruri texniki və maliyyə imkanlarına malik olan şirkətlər iştirak edə bilərlər. Tenderdə iştirakın dəyəri 200 manat təşkil edir.

Şirkətlərin tender təklifləri avqustun 5-i saat 17:00-dək qəbul edilir. Tender proseduru avqustun 6-da saat 15:00-da keçiriləcək.