Şahin Mustafayev: Ötən il iqtisadiyyata 15,3 mlrd. dollar investisiya yatırılıb

15:04 - 11.07.2019


11 iyul, Fineko/abc.az. İyulun 11-də Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda cıxışı zamanı İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, cari ildə ölkədə ümumi daxili məhsul (ÜDM) 3,2 %, qeyri-neft ÜDM-i isə 3,4 % artacaq.

Nazir həmçinin qeyd edib ki, beynəlxalq təşkilatların proqnozları da müsbətdir. Belə ki, Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2019-cu ildə 3,3 %, Beynəlxalq Valyuta Fondu isə iqtisadiyyatımızın 3,4 % artacağını proqnozlaşdırır. Ötən il iqtisadiyyata 8,2 milyard dolları xarici investisiyalar olmaqla 15,3 milyard dollar investisiya yatırılıb.

Other news