Şahdağ Turizm Mərkəzi tender elan edir

15:40 - 11.07.2019


11 iyul, Fineko/abc.az. Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” QSC təsərrüfat mallarının satın alınması məqsədilə açıq tender elan edir.

Tender iştirakçılarına təklif olunur ki, Dövlət satınalmalarının Vahid İnternet Portalına Asan Login vasitəsilə (elektron imza və ya asan imza) daxil ola və tender haqqında ətraflı məlumatı (əsas şərtlər toplusunu) əldə edə bilərlər.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün sənədləri 22 iyul 2019-cu il saat 16.00-a qədər https://www.etender.gov.az/ internet portalı vasitəsilə təqdim etməlidirlər.

İddiaçılar E-şərtlər toplusunu 27 iyul 2019-cu il saat 16.00-dan sonra əldə edə bilərlər.

Other news