Neftin qiymətləri yenidən qalxır, Azeri Light bir barelə 68,83 dollara çatdı

10:06 - 12.07.2019


12 iyul, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı nefti 0,72 (1,06%) yüksəlib və bir barelə 68,83 dollar təşkil edib.

Neftin etalon markalı cümə axşamı günü qeyd edilən enmədən sonra, cümə günü keçirilən ticarətdə yenidən artıb.

Cümə axşamı günü, Londonun “ICE Futures” birjasında “Brent”in sentyabr fyuçersi 0,49 dollar (0,73%) enərək bir barelə 66,52 dollar təşkil etmişdir.

Cümə günü Brent neftinin sentyabr fyuçersi saat 9:45-də 0,49 dollar (0,74%) bahalaşaraq 67,01 dollar /barel təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) iyulun 11-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin avqust fyuçersi 0,23 dollar (0,38%) enərək bir barelə $60,20 təşkil etmişdir. 

“WTI” markalı neftin avqust fyuçersi cümə günü saat 9:45-də 0,41 dollar (0,68%) qalxaraq 60,61 dollar / barelə təşkil etmişdir.

 

Other news