Ötən il “Bakı Metropoliteni” QSC-nin ümumi gəlirləri 108 mln. manatı keçib

10:11 - 15.07.2019


15 iyul, Fineko/abc.az. 2018-ci ildə “Bakı Metropoliteni” QSC-nin ümumi gəlirləri 108 milyon 749,4 min manat olub.

Bu barədə QSC-nin Maliyyə departamentinin rəisi Fərhad İbrahimov deyib.

O qeyd edib ki, gəlirlərin 54 milyon 186,3 min manatı sərnişindaşıma, 48 milyon 800 min manatı dövlət büdcəsindən ayrılan subsidiya, 2 milyon 876,4 min manatı reklam yayımı, 2 milyon 886,7 min manatı isə digər daxilolmalar hesabına formalaşıb.

 

Other news