Kapital Bank 2019-cu ilin II rübünün nəticələrini elan edib

10:17 - 15.07.2019


15 iyul, Fineko/abc.az. Kapital Bank-ın aktivləri 1 iyul 2019-cu il tarixinə 3,6 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,6 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 iyul 2019-cu il tarixinə 2,8 milyard manat olub.

Bankın 1 iyul 2019-cu il tarixinə tutulmalardan sonra məcmu kapitalı 327,6 milyon manat, adi və imtiyazlı səhmlər isə 225,8 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody's və Standard &Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Other news