Yanvar-may aylarında xarici ticarət dövriyyəsi 14 mlrd. dolları keçib

15:08 - 15.07.2019


15 iyul, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 14 milyard 74,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 8 milyard 240 milyon dollar, idxalın dəyəri 5 milyard 834,2 milyon dollar təşkil edib, nəticədə 2 milyard 405,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Bildirilib ki, ötən ilin eyni ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 16,5 %, o cümlədən idxal 51,3 %, ixrac 0,1 % artıb. Real ifadədə isə dövriyyə 6,8 %, o cümlədən idxal 20,4 %, ixrac 0,4 % çoxalıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 29,7% İtaliyaya, 11,4 % Türkiyəyə, 7 % Çinə, 5,6 % Hindistana, 5,5 % Almaniyaya, 5,2 % İsrailə, 5 % İspaniyaya, 3,9 % Çexiyaya, 3,4 % Gürcüstana, 3,2 % Rusiyaya, 3 % Fransaya, 2,5 % Portuqaliyaya, 14,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,2 % İsveçrə, 14 % Rusiya, 9,7 % Türkiyə, 8,3 % Çin, 6,6 % ABŞ, 4,8 % Almaniya, 4,6 % İran, 3,6 % Kanada, 3,5 % Avstraliya, 3,1 % Ukrayna, 2,7 % İtaliya, 2,1 % Fransa, 2 % Qazaxıstan, 20,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Other news