Daxili İşlər Nazirliyi tender keçirir

15.07.2019,15:25


15 iyul, Fineko/abc.az. Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi 2019-cu ildə malların və xidmətlərin göstərilməsinin satın alınması məqsədilə açıq tender elan edir.

Tender 5 lot üzrə keçirilir.

Lot-1. Dövri mətbuata abunə yazılışının satın alınması.

Lot-2. Yanğınsöndürən balonların doldurulmasının satın alınması.

Lot-3. Avtomatik yanğınsöndürmə sisteminin quraşdırılmasının satın alınması.

Lot-4. Tibbi avadanlıqlara texniki qulluqların göstərilməsinin satın alınması.

Lot-5. Tibbi avadanlıqların satın alınması.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün sənədləri 26 iyul 2019-cu il saat 12.00-a qədər, tender təklifi ilə bank təminatını isə 8 avqust 2019-cu il saat 12.00 -a qədər https://www.etender.gov.az/   portal vasitəsilə təqdim etməlidirlər.