“Aqrolizinq” ASC minik avtomobillərinin satın alınması üzrə tender keçirir

16.07.2019,10:45


16 iyul, Fineko/abc.az. “Aqrolizinq” ASC minik avtomobillərinin satın alınması üzrə tender elan edir.

Tender 2 Lot üzrə keçiriləcək.

Lot 1 “Aqrolizinq” ASC-yə tərəfindən səyyar gübrə satışı həyata keçirilməsi məqsədilə 2 ədəd mühərriki 95 a.q. qüvvəsi olan minik avtomobilinin satın alınması

Lot 2 “Aqrolizinq” ASC 2 ədəd mühərriki 180 a.q. qüvvəsi olan minik avtomobilinin satın alınması

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün  sənədləri 09.08.2019 16:26 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 16.08.2019 18:00 tarixinə qədər https://www.etender.gov.az/   portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.