Cari ildə DGK tərəfindən büdcəyə 2 mlrd. manat vəsait daxil olub

11:29 - 16.07.2019


16 iyul, Fineko/abc.az. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinə daxilolmalar 2 milyard 65 milyon 160 min manat olub.

Məlumatda qeyd edilir ki, altı ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 483 milyon 957 min manat, əlavə dəyər vergisi üzrə 1 milyard 424 milyon 239 min manat, aksizlər üzrə 136 milyon 798 min manat, yol vergisi üzrə isə 20 milyon 165 min manat təşkil edib.

 

Other news