AtaBankın Mərkəzi Banka borcu 5 milyon manat azalıb

14:36 - 16.07.2019


16 iyul, Fineko/abc.az. 2019-cu ilin 1-ci rübündə “AtaBank” Mərkəzi Banka olan borcunu 5 milyon manat azaldıb.

Bu barədə məlumat bankın açıqladığı maliyyə hesabatında qeyd olunub.

Hesabata əsasən, 31 Mart 2019-cu il tarixində Mərkəzi Bankın “AtaBank”a qarşı tələbləri 20 milyon manat təşkil edirdi.

30 İyun 2019-cu il tarixində isə tələblər 15 milyon manat göstərilib.

Qeyd edək ki, 2018-ci ilin sonunda da Mərkəzi Bankın “AtaBank”a qarşı tələbləri 20 milyon manat təşkil etmişdi.

 

Other news