13:09 - 6.12.2017
6 dekabr, Fineko/abc.az. Azərbaycanda sığortaya yatırılan vəsaitlər rekord səviyyəyə çatıb.
Söhbət alternativ yatırım növü olan həyatın yaşam sığortasından gedir.
ABC.AZ-a verilən məlumata əsasən, cari ilin yanvar-oktyabr aylarında toplanan sığorta depozitlərinin həcmi 108,588 milyon manata yüksəlib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 63,9% və yaxud 42,337 milyon manat artım deməkdir. Ötən ilin 10 ayı ərzində həyatın yaşam sığortasına yatırılan vəsaitlərin həcmi 66,251 milyon manat təşkil etmişdir.
Sığorta eksperti Mustafa Abbasbəylinin ABC.AZ-a bildirdiyi kimi, həyat sığorta şirkətlərinin bazar payı qeyri-həyat sığorta şirkətlərindən daha böyükdür və eyni tendensiya davam edir.
“Hər il həyat sığorta şirkətlərinin bazar payı artır və bu da müsbət bir haldır”, - deyə ekspert bildirib.
M.Abbasbəyli hesab edir ki, digər əsas səbəb əhali arasında banklara inamın azalmasıdır.
O, bildirib: “İnsanlarda banklara qarşı şüuraltı mənfi fikir formalaşıb. Bu səbəbdən də həyatın yaşam sığortasını alternativ investisiya kimi nəzərdən keçirirlər. Bunun isə böyük təsiri ola bilər”.
Ekspert qeyd edib ki, bank depozitlərinin əhəmiyyətli hissəsi korporativ sektorun payına düşürdü. Hazırda korporativ sektorda da bank investisiyalarının həcmi kifayət qədər azalıb. Eyni qaydada, korporativ seqmentdə işləyənlərin böyük əksəriyyəti bu investisiya növünü, yəni, həyatın yaşam sığortasını seçir. Başqa sözlə, maliyyə sektorunda çalışan insanlar, biznesmenlər, top menecerlər yaşam sığortasına daha çox yatırım edir.
Ekspert qeyd edib ki, həyatın yaşam sığortasına marağı artıran digər səbəb, insanların itirəcəkləri pulları geri qaytarmaq imkanıdır.
29 March 2024
29 March 2024
29 March 2024
29 March 2024
29 March 2024
29 March 2024
29 March 2024
29 March 2024
29 March 2024
29 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
28 March 2024
27 March 2024
28 March 2024
27 March 2024
27 March 2024
27 March 2024
27 March 2024
27 March 2024
27 March 2024