Son 6 ayda ən çox mal ixrac edən ölkələrin siyahısı açıqlanıb

15:11 - 16.07.2019


16 iyul, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin məlumatında cari ilin yanvar-iyun aylarında ən çox mal ixrac edən ölkələrin siyahısı açıqlanıb.

Məlumatda bildirilir ki, 6 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla sonrakı yerlərdə Türkiyə və Çin qərarlaşıb. İtaliyaya ixracın dəyəri 2 milyard 805 milyon 906 min ABŞ dolları, Türkiyəyə 1 milyard 233 milyon 813 min dollar, Çinə isə 684 milyon 516 min dollar olub.

Qeyd edilir ki, Azərbaycanla ticarət dövriyyəsinə görə əsas ölkələrin siyahısında ilk üçlükdə isə İtaliya, Türkiyə və Rusiya qərarlaşıb. Hesabat dövründə İtaliya ilə ticarət dövriyyəsi 2 milyard 984 milyon 357 min dollar, Türkiyə ilə 1 milyard 911 milyon 214 min dollar, Rusiya ilə 1 milyard 381 milyon 524 min dollar təşkil edib.

Other news