Şahin Mustafayev: Ötən il Azərbaycanla Əfqanıstanın ticarət dövriyyəsi 37 % artıb

16:08 - 16.07.2019


16 iyul, Fineko/abc.az. İqtisadiyyat naziri Şahin Mustafayev Əfqanıstan İslam Respublikasının Maliyyə naziri, Prezidentin Baş Müşaviri Məhəmməd Humayun Qayuminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələri barədə danışan Ş.Mustafayev bildirib ki, 2018-ci ildə iki ölkənin ticarət dövriyyəsi 37 % artıb. Artım tendensiyası 2019-cu ildə də davam edir.

Əməkdaşlığın inkişafı perspektivlərinə gəlincə nazir enerji, sənaye, kənd təsərrüfatı, ticarət və investisiya, kiçik və orta sahibkarlıq, İKT, humanitar və sair sahələrdə potensialı qeyd edib.

Ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edən əfqanıstanlı nazir sənaye, ticarət, investisiya və digər sahələrdə əlaqələrin inkişafı barədə fikirlərini bölüşüb.

Görüşdə Azərbaycan-Əfqanıstan iqtisadi əlaqələrinin genişləndirilıməsinə dair müzakirələr aparılıb.

Other news