Sığorta şirkətləri avtoservislərlə əlbir olub vətəndaşları aldadır – Ekspert

13:44 - 17.07.2019


17 iyul, Fineko/abc.az. Əvvəllər də sığorta şirkətlərinin avtoservislərlə əlbir olub vətəndaşa keyfiyyətsiz avtoservis xidməti göstərib və bunun nəticəsində qiyməti şişirtməsi barədə məlumatlar az olmayıb.

Belə ki, sığorta şirkətləri avtoservislərlə birgə vətəndaşlara keyfiyyətsiz xidmət təşkil edərək, 30-35% sığorta haqqında etdikləri endirimləri geri almağa çalışırlar.

Bunu Fineko/abc.az-a açıqlamasında sığorta üzrə ekspert İlkin İbrahimov deyib.

Onun sözlərinə görə, sığorta şirkətləri vətəndaşa pul təklif edirlər və deyirlər ki, biz sizin avtomobili bu qiymətə düzəldə bilərik. Ya pulu götürün ya da gətirin bizim servisdə bunu bu qiymətə düzəldəcəklər: “ Sonda vətəndaş onların dediyi servisi seçdikdə qiymət ən azı 2 dəfədən də çox artmış olur. Səbəb kimi qeyd edirlər ki, zərər aktını ilkin tərtib edəndə üzdən baxış olur. Sonradan biz "dərinə gedirik" ona görə qiymət artır. Məsələnin digər yanı sığorta şirkətlərinin qiymətin az çıxarılmasının səbəbini sığorta şirkətlərinin eyni servislərlə çox işləməsi və buna görə də onlara güzəşt olunması kimi qələmə verirlər. Təcrübə onu göstərir ki, vətəndaşa təklif olunan məbləğlə sığorta şirkətlərinin işlədiyi servislər zərər aktında vətəndaşa az deyir, özü təmir edəndə məbləğ 35-40% artıq olur. Keyfiyyət isə digər yerlərdən aşağı, hətta maşınların servisdə qalma müddəti 2-3 aya kimi gəlib çıxır”.

 

Other news