Cari ildə ölkəyə 35 mln. dollarlıq ət idxal olunub

14:53 - 17.07.2019


17 iyul, Fineko/abc.az. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında ölkəyə 24 min 64 ton ət idxal edilib. Qeyd edilir ki, hesabat dövründə idxal edilən ətin dəyəri 35 milyon 394 min dollar olub.

Bildirilir ki, ötən ilin 6 ayında ölkəyə 32 milyon 366 min dollarlıq 21 min 969 ton ət idxal edilmişdi.

 

Other news