Azİntelecom sığorta xidmətlərinin satın alınması üzrə tender keçirir

14:56 - 17.07.2019


17 iyul, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azİntelecom” MMC infrastruktur avadanlıqları üçün sığorta xidmətlərinin satın alınması açıq tender elan edir.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün sənədləri 2 avqust 2019-cu il saat 17.00-a kimi, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 14 avqust 2019-cu il saat 17.00- kimi təqdim etməlidirlər.

Əlaqələndirici şəxslər - Kamil Bektaşi və Vüqar Yəhyazadə.

Telefon – (99412) 200 00 74/72.

Ünvan: Bakı , Əlibəy Hüseynzadə küçəsi 74.

 

Other news