Bu il neft məhsullarının istehsalında azalma olub

15:15 - 17.07.2019


17 iyul, Fineko/abc.az. Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 1 milyon 67 min ton dizel yanacağı, 607,2 min ton avtomobil benzini, 151,8 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 300,3 min ton ağ neft, 57,8 min ton yanacaq mazutu, 9,6 min ton sürtkü yağları, 98 min ton neft bitumu və 446,9 min ton neft koksu istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verir.

Qeyd edilir ki, 6 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 535,6 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 1,5 % azalıb.

Neft məhsullarından avtomobil benzininin, ağ neftin, sürtkü yağlarının, neft bitumunun istehsalı azalıb. Yanacaq mazutunun, dizel yanacağının, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə artıb.

 

Other news