“Azərbaycan Sənaye Bankı”-nın gəlirləri çoxalıb

15:16 - 17.07.2019


17 iyul, Fineko/abc.az. “Azərbaycan Sənaye Bankı” ASC 2019-cu ilin 1-ci yarısı üçün maliyyə hesabatını açıqlayıb.

Belə ki, hesabata əsasən, 2018-ci ilin 1-ci yarısı ilə müqayisədə 2019-cu ilin 1-ci yarısında “Azərbaycan Sənaye Bankı”nın faiz gəlirləri 777 min manat və ya 6,3% artaraq 13 milyon 45 min manat, qeyri-faiz gəlirləri isə 3 milyon 237 min manat və ya 2 dəfə artaraq 6 milyon 530 min manat təşkil edib.

2018-ci ilin 1-ci yarısı ilə müqayisədə 2019-cu ilin 1-ci yarısında “Azərbaycan Sənaye Bankı”nın faiz xərcləri 531 min manat və ya 8,3% artaraq 6 milyon 930 min manat, qeyri-faiz xərcləri isə 160 min manat və ya 2,8% artaraq 5 milyon 767 milyon manat təşkil edib.

Faiz və qeyri-faiz xərcləri xaric gəlir (əməliyyat mənfəəti) 3 milyon 555 min manatdan 6 milyon 878 min manata yüksəlib.

 

Other news