“Azercell Telekom” MMC-nin rəsmi mövqeyi

19:47 - 17.07.2019


17 iyul, Fineko/abc.az.  İyulun 17-də “tech.liga.net” saytında və bəzi başqa saytlarda yerləşdirilən “Большие деньги. Компания из Баку приценивается к Vodafone Ukraine” https://tech.liga.net/telecom/article/bolshie-dengi-kompaniya-iz-baku-pritsenivaetsya-k-vodafone-ukraine - başlıqlı yazıya “Azercell Telekom” MMC olaraq aydınlıq gətirmək istərdik.

Vurğulamaq istərdik ki, məqalədə qeyd edilən məlumatlar həqiqəti əks etdirmir və fərziyyələrə əsaslanaraq oxucularda yanlış fikir formalaşdırmaq cəhdindən başqa bir şey deyildir. Həmçinin peşəkar jurnalist etikasına uyğun olaraq, məqalə yerləşdirilməmişdən əvvəl məsələ ilə bağlı “Azercell Telekom” MMC-nin rəsmi mövqeyi soruşulmayıb və heç bir dəqiqləşdirilmə aparılmayıb.

Sadalanan məqamları nəzərə alaraq, oxucuları bu növ xəbərlərdə qeyd edilən məlumatlara inanmamağa səsləyirik.

Other news