Bu il neft-qaz sektoruna 2,36 milyard manatadək vəsait yönəldilib

14:05 - 18.07.2019


18 iyul, Fineko/abc.az. Yarım ildə ölkənin neft-qaz sektoruna 2 milyard 358,9 milyon manat vəsait yönəldilib.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Bildirilir ki, yanvar-iyun aylarında neft-qaz sektorunda 15 milyard 524,6 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin neft-qaz sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarının səviyyəsində qalıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 1,3 % çoxalıb. Sənaye məhsulunun 69,5 %-i mədənçıxarma sektorunda istehsal olunub.

İyunda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə     7 %, o cümlədən mədənçıxarma sənayesi üzrə 9,8 % ucuzlaşıb.

Ötən ayın əvvəlinə iqtisadiyyatın neft-qaz sektorunda 35 min nəfər çalışıb. Yanvar-may aylarında neft sektorunda nominal əməkhaqqı isə 3 min 168,5 manat təşkil edib.

Other news