Azərbaycanda əczaçılıq məhsullarının idxalı artıb

16:21 - 18.07.2019


18 iyul, Fineko/abc.az. 2019-cu ilin 6 ayı ərzində 6 952,47 ton əczaçılıq məhsulu idxal edilib.

Dövlət Gömrük Komitəsinin məlumatında deyilir ki, bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,1% çoxdur.

2019-cu ilin yanvar-iyun aylarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 134 494,25 min dollar təşkil edib ki, bu da 2018-ci ilin birinci yarısının göstəricisindən 8,7% yüksəkdir.

2018-ci ildə Azərbaycana $290 184,22 min həcmində 16 933,78 ton əczaçılıq məhsulu idxal edilib.

 

Other news