Maliyyə Nazirliyi tender keçirir

10:06 - 19.07.2019


19 iyul, Fineko/abc.az. Maliyyə Nazirliyi vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”nin qurulması ilə bağlı texniki tapşırığın hazırlanmasından ötrü məsləhət xidmətlərinin göstərilməsi üçün şirkətlərin cəlb edilməsi məqsədilə açıq tender elan edir.

Elanda qeyd olunur ki, tender təklifinin qəbulu və əlavə məlumat almaq üçün 2019-cu il iyulun 5-dən avqustun 25-i saat 10.00-dan 17.00-dək müraciət etmək olar.

Tender təklifləri 26 avqust 2019-cu il saat 11.00-dək Maliyyə Nazirliyinə təqdim olunmalıdır.

Əlaqələndirici şəxs - Şaban Abdullayev.

Telefon- (99412) 404-46-99 (daxili 271); faks (99412) 404-47-20/21.

E-mail- [email protected].

Ünvan: Bakı, S. Vurğun küçəsi 135.

Other news