“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu tender elan edir

12:25 - 19.07.2019


19 iyul, Fineko/abc.az. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzi “Bakı Xan Sarayı” muzeyinə inventarların satın alınması üçün açıq tender elan edir.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün sənədləri 30 avqust 2019-cu il saat 16.30-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 9 sentyabr 2019-cu il saat 17.00-a qədər  təqdim etməlidirlər.

Əlaqələndirici şəxs- Səbinə Bağırova, telefon -(99412) 492-29-10.

Ünvan: Bakı, Böyük Qala küçəsi 41.

 

Other news