Pakistan Milli Bankının Bakı Filialının cəmi aktivləri azalıb

10:29 - 25.07.2019


25 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Pakistan Milli Bankının Bakı Filialı 2019-cu ilin 1-ci yarısı üçün rüblük hesabatını açıqlayıb.

Hesabata əsasən, 30 İyun 2019-cu il tarixində Pakistan Milli Bankının Bakı Filialı 10 milyon 294 min manat cəmi aktivlərə, 402 min manat cəmi öhdəliklərə və 9 milyon 887 min manat cəmi kapitala malik olub.

Qeyd edək ki, bu il yanvarın 1-nə Bakı filialının aktivləri 11 milyon 543 min manat idi.

Pakistan Milli Bankının Bakı filialının kredit portfeli cəmi 1 milyon 87 min manatdır.

 

Other news