330x110
 

Azərbaycan nefti 1,2% ucuzlaşıb

29.07.2019,10:14


29 iyul, Fineko/abc.az. Azərbaycanın “Azeri LT CIF” markalı nefti 0,80 (1,21%) enib və bir barelə 65,47 dollar təşkil edib.

Neftin etalon markaları, keçən həftəki artımdan sonra bazar ertəsi günü tədricən azalır.

İyulun 26-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in sentyabr fyuçersi 0,07 dollar (0,11%) bahalaşaraq bir barelə 63,46 dollar təşkil etmişdir.

Bazar ertəsi günü “Brent” markalı neftin sentyabr fyuçersi saat 9:30-da  0,28 dollar (0,44%) ucuzlaşaraq 63,18 dollar/barelə təşkil edib.

NYMEX birjasında iyulun 26-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin sentyabr fyuçersi 0,18 dollar (0,32%) yüksələrək bir barelə $56,20 təşkil etmişdir. 

“WTI” markalı neftin sentyabr fyuçersi bazar ertəsi günü saat 9:30-da 0,13 dollar (0,23%) enərək 56,07 dollar/barelə təşkil etmişdir.