Neft bahalaşır, Azərbaycan neftinin qiyməti yüksəldi

10:14 - 30.07.2019


30 iyul, Fineko/abc.az. Azərbaycanın “Azeri LT CIF” markalı nefti 0,31 (0,47%) artıb və bir barelə 65,78 dollar təşkil edib.

İyulun 29-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in sentyabr fyuçersi 0,25 dollar (0,4%) bahalaşaraq bir barelə 63,71 dollar təşkil etmişdir.

Çərşənbə axşamı günü “Brent” markalı neftin sentyabr fyuçersi saat 9:30-da  0,38 dollar (0,6%) yüksələrək 64,09 dollar /barelə təşkil edib.

NYMEX birjasında iyulun 29-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin sentyabr fyuçersi 0,67 dollar (1,2%) yüksələrək bir barelə $56,87 təşkil etmişdir. 

“WTI” markalı neftin sentyabr fyuçersi çərşənbə axşamı günü saat 9:30-da 0,33 dollar (0,58%) artaraq 57,20 dollar / barelə təşkil etmişdir.

 

Other news