Neft bazarında artım davam edir, Azərbaycan neftinin qiyməti 1,08% yüksəldi

10:05 - 31.07.2019


31 iyul, Fineko/abc.az. Azərbaycanın “Azeri LT CIF” markalı nefti 0,71 (1,08%) artıb və bir barelə 66,49 dollar təşkil edib.

İyulun 30-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in sentyabr fyuçersi 1,01 dollar (1,6%) bahalaşaraq bir barelə 64,72 dollar təşkil etmişdir.

Çərşənbə günü “Brent” markalı neftin sentyabr fyuçersi saat 9:30-da  0,56 dollar (0,87%) yüksələrək 65,28 dollar /barelə təşkil edib.

NYMEX birjasında iyulun 30-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin sentyabr fyuçersi 1,18 dollar (2,07%) yüksələrək bir barelə $58,05 təşkil etmişdir. 

“WTI” markalı neftin sentyabr fyuçersi çərşənbə günü saat 9:30-da 0,41 dollar (0,71%) artaraq 58,46 dollar / barelə təşkil etmişdir.

 

Other news