Şahin Mustafayev: Sənaye parkları və məhəllələrində 45 rezident fəaliyyətə başlayıb

15:55 - 1.08.2019


1 avqust, Fineko/abc.az. İyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki,  regionlarda yaradılmış 9 sənaye parkı və məhəlləsində 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə başlayıb.

“Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən artıq 5,7 milyard manatı faktiki olaraq qoyulub və bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Eyni zamanda, bu layihələrin fəaliyyəti nəticəsində artıq 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlıq hissəsi ixraca yönəlib.”- deyə nazir əlavə edib.

 

Other news