İqtisadiyyat naziri: İnvestisiyaların təşviqi mexanizmi uğurlu nəticələr verir

16:27 - 1.08.2019


1 avqust, Fineko/abc.az. İyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, investisiyaların təşviqi sahəsində görülən işlər də regionların inkişafına müsbət təsir göstərir və investisiyaların təşviqi mexanizmi uğurlu nəticələr verir.

Bu günədək 400-dək layihə təşviq olunub və onların nəticəsində ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub.

Nazir vurğulayıb ki, bunların nəticəsində 16 mindən çox yeni iş yerinin açılması artıq reallaşıb.

 

Other news