Cari ildə Neft Fondu 44.52 tonadək qızıl alıb

15:09 - 2.08.2019


2 avqust, Fineko/abc.az. 2019-cu ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına əsasən, Dövlət Neft Fondu (ARDNF) cari ilin ikinci rübündə 24 tonadək qızıl alıb.

Bildirilir ki, bu il iyunun 30-na Fondun investisiya portfelində qızılın ümumi miqdarı 95,47 ton olub. İlin birinci rübünün sonuna olan məlumata görə isə  investisiya portfelində qızılın ümumi miqdarı 71,75 ton idi. Beləliklə də, Neft Fondu bu ilin aprel-iyun aylarında 23,72 ton qızıl alıb.

Ümumilikdə, ötən ilin sonu ilə müqayisədə ARDNF cari ildə 44,52 ton qızıl alıb.

Qeyd edək ki, hazırda qızıl investisiyaları Neft Fondunun investisiya portfelinin 10,3 %-ni (ABŞ dolları portfelinin isə 4 milyard 356,4 milyon dollarlıq hissəsi) təşkil edir.

 

Other news