Neft çökmədən sonra bərpa olunur, Azərbaycan nefti 2,77% ucuzlaşıb

10:20 - 6.08.2019


6 avqust, Fineko/abc.az. Azərbaycanın “Azeri Light” markalı nefti 1,79 dollar (2,77%) aşağı yuvarlanıb və bir barelə 62,95 dollar təşkil edib.

Avqustun 5-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in oktyabr fyuçersi 2,08 dollar (3,36%) ucuzlaşaraq bir barelə 59,81 dollar təşkil etmişdir.

Çərşənbə axşamı günü “Brent” markalı neftin oktyabr fyuçersi saat 9:10-da  0,60 dollar (1%) yüksələrək 60,41 dollar /barelə təşkil edib.

NYMEX birjasında avqustun 5-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin sentyabr fyuçersi 0,97 dollar (1,74%) düşərək bir barelə $54,69 təşkil etmişdir. 

“WTI” markalı neftin sentyabr fyuçersi çərşənbə axşamı günü saat 9:15-də 0,57 dollar (1,04%) qalxıb 55,26 dollar / barelə təşkil etmişdir.

 

Other news