Belarusda Azərbaycan kapitalı ilə 60-dan çox şirkət fəaliyyət göstərir

12:20 - 8.12.2017


8 dekabr, Fineko/abc.az. Dekabrın 7-də Bakıda Azərbaycan-Belarus İşgüzar görüşü keçirilib.

AZPROMO-nun məlumatına əsasən, Belarusda Azərbaycan kapitalı ilə 60-dan çox şirkət fəaliyyət göstərir.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədovun sözlərinə görə, həmçinin, Azərbaycanda Belarus kapitalı ilə 31 şirkət fəaliyyət göstərir.

Rüfət Məmmədov qeyd edib ki, iki ölkə arasında investisiya əməkdaşlığı və ticarət əlaqələri də tədricən inkişaf edir.

“Uzun müddətdir ki, Azərbaycan mağazalarında Belarus malları satılır. Bundan əlavə, Bakıda bir neçə Belarus mağazası işləyir.  Azərbaycan məhsulu həmçinin Belarus mağazalarına tədarük edilir. Belarusda Azərbaycanın Ticarət Evinin açılışı bunun üşün şərait yaradır.  Hal-hazırda  Azərbaycan satıcıları ilə Belarus alıcıları arasında  irəlidəki qarşılıqlı münasibət inkişaf etməkdədir. Düşünürəm ki, Ticarət Evinin fəaliyyəti məqsədimizə nail olmağa kömək edəcək”, - Rüfət Məmmədov belə deyib.

 

 

Other news