Bu il Azərbaycanda 21 mlrd. dollarlıq ticarət əməliyyatları aparılıb

11:55 - 15.08.2019


15 avqust, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 20 milyard 701 milyon 383 min dollar təkil edib.

Qeyd olunur ki, ticarət əməliyyatlarının ümumi həcminin 8 milyard 433 milyon 668 min dolları idxalın, 12 milyard 267 milyon 714 min dolları isə ixracın payına düşür.

 

 

Other news