Şahin Mustafayev: Bu ilin 6 ayında əhalinin gəlirləri 6,6% artıb, inflyasiya 2,5% təşkil edib

15:50 - 15.08.2019


15 avqust, Fineko/abc.az. Uğurla inkişaf edən ölkələr sırasında olan Azərbaycan iqtisadiyyatı bu ilin birinci yarımilliyində 2,4%, qeyri-neft sektoru 3,2%, qeyri-neft sənayesi 15,7%, ticarət dövriyyəsi 20%-dən çox, qeyri-neft ixracı 15%, kənd təsərrüfatı məhsullarının istehsalı 13% artıb.

Bunu İqtisadiyyat naziri Şahin Mustafayev nazirlikdə keşirilmiş  kollegiya iclasında deyib.

“Ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da böyük hissəsi qeyri-neft sektorunun payına düşür. Bildirilib ki, valyuta ehtiyatlarımız rekord həddə çataraq 49 milyard dollar səviyyəsindədir. Bu ilin 6 ayında əhalinin gəlirləri 6,6% artıb, inflyasiya 2,5% təşkil edib.”-deyə nazir bildirib.

 

Other news