Gürcüstanın Azərbaycana borcu 7 mln. 269 min dollar təşkil edir

10:39 - 16.08.2019


16 avqust, Fineko/abc.az. Gürcüstanın Maliyyə Nazirliyinin açıqladığı hesabata əsasən, Gürcüstanın Azərbaycana borcu 7 milyon 269 min dollar təşkil edir.

Hesabatda qeyd olunur ki, iyul ayının sonuna Gürcüstanın ümumi xarici dövlət borcu 5 milyard 361 milyon 209 min dollar olub. Bu, əvvəlki ayın sonuna nisbətən 76 milyon 831 min dollar azdır. Xarici borcun 5 milyard 154 milyon 896 min dolları hökumətin payına düşüb.

Gürcüstanın ən çox borcu olduğu ölkələrin ilk üçlüyündə Almaniya (312 milyon 859 min dollar), Fransa (234 milyon 33 min dollar) və Yaponiya (215 milyon 789 min dollar) yer alıb.

Gürcüstanın Türkiyə və Rusiyaya olan borcu aylıq müqayisədə dəyişməyib. Avqustun 1-nə Gürcüstanın Türkiyəyə borcu 13 milyon 98 min dollar, Rusiyaya borcu 56 milyon 478 min dollar olub.

 

Other news