Cari ildə ölkənin xarici ticarət dövriyyəsi 16 mlrd. dollardan çox olub

11:19 - 16.08.2019


16 avqust, Fineko/abc.az. Dövlət Statistika Komitəsindən  verilən məlumata əsasən, cari ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 16 milyard 866,2 milyon dollar təkil edib.

Bildirilir ki, ixracın dəyəri 9 milyard 850,6 milyon dollar, idxalın dəyəri 7 milyard 15,6 milyon dollar təşkil edib, nəticədə 2 milyard 835 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 15,2 %, o cümlədən idxal 50,5 % artıb, ixrac 1,4 % azalıb. Real ifadədə isə dövriyyə 6,5 %, o cümlədən idxal 19,6 %, ixrac 0,4 % artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ən çox məhsul ixrac edilən ölkələrin ilk beşliyinə İtaliya, Türkiyə, Çin, Hindistan və Almaniya daxildir.

Ölkəyə ən çox məhsul idxal edən ölkələrin ilk beşliyinə isə İsveçrə, Rusiya, Türkiyə, Çin və ABŞ daxildir.

 

Other news