Bu il ən çox qeyri-neft məhsulları ixrac edilən ölkələrin siyahısı açıqlanıb

11:54 - 16.08.2019


16 avqust, Fineko/abc.az. 2019-cu ilin altı ayında qeyri-neft məhsulları üzrə ixracın dəyərində Rusiyaya 36,3%, Türkiyəyə 21,8 %, Gürcüstana 8,7%, İsveçrəyə 7,5%, İtaliyaya 3,1%, Ukraynaya 2,4%, Yunanıstana 1,8%, İrana 1,8%, Çinə 1,7% və Almaniyaya 1,2% göndərilmiş malların payı üstünlük təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir

Qeyd olunur ki, ölkədən 979,1 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə15,7 %, real ifadədə isə 11,1 % çoxdur.

 

Other news