Bu il ölkədə ət və süd idxalı artıb

10:40 - 19.08.2019


19 avqust, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata əsasən, bu il Azərbaycanda ət və süd idxalı artıb.

Belə ki, cari ilin yanvar-iyul aylarında ölkəyə 28 min 804 ton ət idxal olunub. Hesabat dövründə idxal edilən ətin dəyəri 43 milyon 329 min dollar olub. Qeyd olunur ki, ötən ilin yeddi ayında 37 milyon 827 min dollarlıq 25 min 687 ton ət idxal edilib.

Süd idxalı isə bu ilin yanvar-iyul aylarında ölkəyə 4 min 998 ton olub. İdxal edilən südün dəyəri 8 milyon 136 min dollar olub. Xatırladaq ki, ötən ilin yeddi ayında 5 milyon 926 min dollarlıq 4 min 199 ton süd idxal edilib.

 

 

Other news