57 dövlət əmlakı hərraca çıxardılacaq

14:29 - 19.08.2019


19 avqust, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 17 sentyabr tarixində keçiriləcək. Hərraca ümumilikdə 57 dövlət əmlakı olmaqla 42 kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi, 15 səhmdar cəmiyyəti çıxarılıb.

Komitədən verilən məlumata görə, özəlləşdirməyə çıxarılan dövlət əmlaklarından  biri Şəmkir rayonu, Keçili kəndindəki Şəmkir yun tədarükü məntəqəsidir. Adıçəkilən dövlət müəssisəsinin ümumi faydalı sahəsi 3312 kv.m olmaqla, 62 min kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən “Lalə” şadlıq evi, “Mərdəkan” restoranı, “4saylı” kafe xidmət sahəsi kimi istifadəyə uyğun olan kiçik dövlət müəssisələridir. Belə ki, bu kiçik dövlət əmlaklarının ümumi faydalı sahəsi 324.8 kv.m ilə 1772.7 kv.m arasındadır.

Bundan başqa hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında “Kürdəmir Aqrotexservis”, “Xəzər Avtonəqliyyat”, “Zaqatala Fındıq”, “Bərdə Kəndkimya” və digər bu kimi dövlət müəssisələri aiddir. Onların özəlləşdirməyə çıxarılan səhm paketləri ümumi səhmlərin 30%-45%-ni təşkil edir.

 

Other news